Nida Xəbər
Ermənistan anlayır ki, hücumu dayandıra bilməyəcək - BRAYZA
Azərbaycan Ordusu bir həftədir ki, Ermənistanın işğalında olan ərazilərimizin azad edilməsi istiqamətində uğurlu əks-hücum əməliyyatlarını davam etdirir.
Publika.az xəbər verir ki, Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” analitik proqramında ordumuzun uğurlu əməliyyatları, müharibə ilə bağlı hazırki vəziyyət müzakirə olunub. “Hədəf”ə videobağlantı vasitəsilə qoşulan ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Metyu Brayza aparıcının və qonaqların suallarını cavablandırıb. M.Brayza bildirib ki, Ermənistan bu gün Azərbaycanın mülki əhalisini hədəf alır, dinc əhaliyə atəş açır ki, bu, ilk öncə Cenevrə Konvensiyasına ziddir: “Bunun da səbəbləri var. Ermənistan anlayır ki, Azərbaycanın hərbi əməliyyatları uğurludur və Azərbaycanın hücumunu dayandıra bilməyəcək. Ona görə də müharibənin şərtlərini dəyişməyə cəhd edir. İkinci məqsədi isə Azərbaycanı dinc ermənilərə atəş açmağa təhrik etmək, bununla da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT), xüsusən də Rusiyanı münaqişəyə cəlb etmək istəyir. Hesab edirəm ki, Azərbaycan müharibədə təmkin göstərir, bu təmkini də davam etdirməlidir”. Sabiq səfir hesab edir ki, Ermənistan danışıqlar prosesinin pozulması üçün addımlar ataraq prosesə böyük zərbə vurdu, bu da hərbi əməliyyatların başlaması ilə nəticələndi.
“Hədəf”in aparıcısı Elnar Məmmədlinin və qonaqları, politoloqlar Şəbnəm Həsənova və Zaur Məmmədovun Azərbaycan ictimaiyyətini maraqlandıran suallarına M.Brayza ətraflı cavablar verib. Bununla yanaşı, politoloqlar mövzu ətrafında öz düşüncələrini də bölüşüblər.
-
Magazin121:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət