"Ordumuzun 200 nəfərdən çox canlı qüvvə itirməsi xəbəri yalandır" - Vaqif Dərgahlı
Bizi izləyin

Nida Xəbər

"Ordumuzun 200 nəfərdən çox canlı qüvvə itirməsi xəbəri yalandır" - Vaqif Dərgahlı

Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsinin Azərbaycan Ordusunun guya 200 nəfərdən artıq canlı qüvvə itirməsi barədə yaydığı məlumat yalandır, heç bir əsası yoxdur və növbəti dezinformasiyadır.

Bu barədə Publika.az-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı məlumat verib.

Bildiririk ki, Ermənistan ordusu döyüşlərdə canlı qüvvə və hərbi texnika baxımından ağır itkilər verərək geri çəkilməyə məcbur edilir. İşğal altında olan torpaqlarımız azad olunur. Bu danılmaz bir faktdır.

Hazırda bütün cəbhə boyu, o cümlədən cəbhənin Cəbrayıl-Füzuli istiqamətində əməliyyat və hərbi üstünlüyümüz davam edir. Ermənistan ordusunun fəlakətdən qurtulmasının yeganə yolu işğal olunmuş torpaqlarımızdan dərhal çıxmasıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm