Deputat: “Ermənilərin etdiyi bəşəri cinayətdir”
Bizi izləyin

Nida Xəbər

Deputat: “Ermənilərin etdiyi bəşəri cinayətdir”

“ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin Xarici İşlər nazirləri cəbhədə baş verənlərlə bağlı narahatlıqlarını bəyan etdilər. Bildirdilər ki, həmsədrlər üzərlərinə düşəni etməyə hazırdır. Bəs cənab Prezident İlham Əliyev dəfələrlə Ermənistanın müharibəyə hazırlaşdığını deyəndə harada idilər?”

Publika.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, Ermənistan heç bir beynəlxalq hüququ saymır: “Ermənilər qadağan olunmuş silahlardan istifadə edir. O silahlardan axırıncı dəfə faşist alman ordusu Polşaya qarşı istifadə edib. Ermənistan mülki əhalini, Gəncə boyda şəhəri atəşə tutur. Ermənistanın etdiyi artıq bəşəri cinayətdir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm