Çavuşoğlu Bakıdan bütün dünyaya SƏRT MESAJ YOLLADI: Qarabağ...
Bizi izləyin

Nida Xəbər

Çavuşoğlu Bakıdan bütün dünyaya SƏRT MESAJ YOLLADI: Qarabağ...

Bunu bir daha bütün dünyaya söyləmək istəyirəm: Dağlıq Qarabağ Azərbaycanındır.

Publika.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

M.Çavuşoğlu bildirib ki, Ermənistan tərəfindən işğal olunan Dağlıq Qarabağ və ətraf ərazilər bütün beynəlxalq qərarlara rəğmən boşaldılmayıb: “BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi reallaşdırılmadı. Eyni şəkildə ATƏT-in də qərarları yerinə yetirilmədi. Nəticədə 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün düşdü. Ermənistan bununla kifayətlənməyib dinc əhali və mülki obyektlərə, həmçinin Azərbaycan Ordusuna hücuma başladı. Xızıya, Abşerona, Tərtərə, Mingəçevirə hücum təşkil etdi. İndi Azərbaycan öz torpaqlarını azad etmək üçün mübarizə aparır. Lakin Ermənistanın dinc əhalisinə hücum etmir”.

Türk nazir beynəlxalq ictimaiyyətə çağırış edib: “Biz Gürcüstanın, Ukraynanın, Suriyanın, İraqın ərazi bütövlüyünü necə müdafiə ediriksə, Azərbaycanı da elə müdafiə etməliyik. Burada ikili standart tətbiq edilməməlidir. Bundan başqa, Azərbaycan və Ermənistana bərabər münasibət göstərmək işğalçını mükafatlandırmaq deməkdir. Bu gün dünyadan gələn açıqlamalara baxın: dərhal atəşkəs, dərhal atəşkəs. Atəşkəs olandan sonra nə olacaq? Bu günə qədər nə olub? Ermənistan Azərbaycanın sivillərini hədəf aldı. Bəs bundan sonra nə olacaq? Ermənistanı Azərbaycanın torpaqlarından geri çəkə bilirsinizmi? Bu istiqamətdə bir planınız varmı? Yoxdur! 30 ildən sonra ilk dəfə ATƏT-in Minsk Qrupundan ortaq açıqlama gəldi. Məzmununa baxdım, dəyişən heç nə yoxdur. Bu, artıq belə davam edə bilməz”.

M.Çavuşoğlu qeyd edib ki, bütün dünya bir şeyi anlamalıdır: “Biz bu günə qədər münaqişənin sülh yolu ilə həlli üçün bütün təşəbbüslərə dəstək vermişik. Amma 30 ildir Ermənistan işğalın dadını çıxarır və son zamanlarda bütün beynəlxalq hüququ tapdalayaraq Yaxın Şərqdən gətirdikləri erməniləri Qarabağa yerləşdirirlər. Biz bu müddətdə Azərbaycanın haqlı davasını anlatmağa davam edəcəyik. Bütün dünyanın haqqı etiraf etməsi üçün mübarizə aparacağıq. Biz sussaq, tarix susmayacaq, tarix sussa, reallıq susmayacaq. Üçrəngli bayrağınla məsud yaşa, sən çox yaşa Azərbaycan! Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!”

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm