Prezidentin köməkçisindən Ermənistana XƏBƏRDARLIQ: Onları həbs gözləyir, yeganə şərtimiz...
Bizi izləyin

Nida Xəbər

Prezidentin köməkçisindən Ermənistana XƏBƏRDARLIQ: Onları həbs gözləyir, yeganə şərtimiz...

“Ermənistanın gözü TANAP, TAP və Bakı-Tbilisi-Ceyhan xəttindədir”.

Publika.az xəbər verir ki, bu sözləri “Habertürk”ə müsahibəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici Siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, iyul ayında Tovuzda baş verən hadisələr Ermənistan tərəfindən həyata keçirilən təxribatın başlanğıcı idi: “Dağlardakı yüksəklikləri ələ keçirmək Ermənistana strateji olaraq TANAP, TAP, Bakı-Tbilisi-Ceyhan layihələrinə nəzarəti əldə etmək kimi fürsət yaradacaqdı. Bunun davamı olaraq eyni şəkildə biz Ermənistanın yeni təxribatlarının şahidi olduq. Bakı-Ceyhanın 10 km yaxınlığına raket düşdü. Digər bir raket elektrik stansiyasına 10 metr məsafəyə düşdü. Yəni bu təxribatların ortaq enerji layihələrimizlə əlaqəsi olmaması mümkünsüzdür”.

H.Hacıyev vurğulayıb ki, münaqişənin alovlanması Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra da artdı: “Paşinyandan öncəki hakimiyyət dövründə Azərbaycana qarşı müharibə cinayətləri işləmiş insanlar vardı. Paşinyan gəldikdən sonra, ümid etdik ki, müzakirələr genişləndiriləcək və münaqişə həllini tapacaq. Amma o, iqtidara gəldikdən sonra bunun tam əksini gördük. “Qarabağ Ermənistandır” deyərək prosesə son qoydu. Ermənistanın aqressiv hərbi doktrinasını gördük. Bu da Ermənistanın yeni savaşları və yeni torpaqları işğal siyasətidir”.

Onları həbs gözləyir

H.Hacıyev Yaxın Şərqdən Azərbaycan cəbhəsinə muzdlu döyüşçülərin gətirilməsi iddialarına cavab verib: “Bu, Azərbaycanın haqlı mübarizəsinə qarşı edilən qara təxribatdır. Azərbaycanın terrorçular, xarici əsgərlər məsələsində qətiyyətli siyasəti var: biz onlara qarşı çox mübarizə apardıq. Suriyada yaşayan azərbaycanlı cihadçılar ölkəyə daxil olan kimi həbsə atılır. Onları Azərbaycanda həbs gözləyir”.

Türkiyə və Rusiya tərəf olacaq

Prezidentin köməkçisi bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh əldə olunacaqsa, Türkiyə və Rusiya tərəf olaraq qəbul ediləcək: “Bu günə qədər gördütyümüz odur ki, Rusiya prosesi əvvəldən diqqətlə izləyir. Rusiyanın narahatlığı normaldır. Ermənistan Azərbaycanı burada yeni təxribata çəkmək istədi. Bu mövzuda səbr nümayiş etdirdik. Sülh olacaqsa, Rusiya və Türkiyəni burada tərəf olaraq görərik”.

Azərbaycanın zəmanəti Türkiyədir

H.Hacıyev fikirlərinin davamında Türkiyə şərtinin Azərbaycan üçün vazkeçilməz olduğunu vurğulayıb: “Naxçıvanın durumu həssasdır. Ermənistan tərəfindən təcrid olunub. Quru yolu yoxdur. Münaqişə alovlananda Naxçıvanın da hədəf olacağını düşünürdük. Amma hazırda belə bir şey yoxdur. Türkiyənin masada olması Azərbaycanın əsas şərtlərindən biridir. Azərbaycanın zəmanəti Türkiyənin texnoloji akkumulyasiyasıdır”.

Yeganə şərtimiz...

Bu gün Avropa İttifaqı, ATƏT-in həmsədrləri atəşkəs çağırışı edir. Amma bu, kifayət edəcəkmi? Atəşkəs imzalanmışdı və onun proqramı vardı. Azərbaycan işğal olunmuş torpaqlardan erməni əsgərlərin çıxarılması müzakirə mövzusu idi. Bu gerçəkləşdimi? Xeyr. Azərbaycan torpaqlarını işğaldan azad etməyə çalışır. Atəşkəsin Ermənistanı torpaqlarımızdan çıxaracağına dair zəmanəti yoxdur. Atəşkəsə çağırılırıqsa, Ermənistan ordusunun Azərbaycan torpaqlarından çıxmasını tələb edirik. Şərtimiz budur”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm