Düşmənin çox sayda hərbi texnikası məhv edildi
Bizi izləyin

Nida Xəbər

Düşmənin çox sayda hərbi texnikası məhv edildi

Dünən gün ərzində və ötən gecə ümumilikdə düşmənin 13 ədəd T-72 tankı, 2 ədəd PDM-i, 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 2 ədəd 2S3 “Akasiya” özüyeriyən artilleriya qurğusu, 3 ədəd D-30 haubitsa topu, 2 ədəd radar sistemi və xeyli sayda avtomobil texnikası dəqiq atəşlə məhv edilib və sıradan çıxarılıb.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, cəbhənin istiqamətlərindən birində həyata keçirilən əməliyyat nəticəsində Ermənistan silahlı qüvvələrinin 49-cu tank briqadasına məxsus 6 ədəd T-72 tankı tam işlək vəziyyətdə ələ keçirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm