Nida Xəbər
DİQQƏT: Düşmən din xadimləri adından təxribat xarakterli səs yayır - AUDİO
Azərbaycan Ordusunun əks-hücum əməliyyatları və cəbhənin müxtəlif istiqamətlərində əldə edilən uğurlardan məyus olan işğalçı və təcavüzkar Ermənistan növbəti təxribata əl atıb.
Publika.az xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, düşmən bu dəfə vətəndaşlarımızın mobil və stasionar telefonlarına saxta nömrələrdən din xadimləri adından Azərbaycan dilində səs yazıları göndərərək çağırışlar edir. Cəbhədə məğlub olan və geri çəkilmək məcburiyyətində qalan Ermənistanın məqsədi təxribat xarakterli dezinformasiya yaymaqla əhali arasında qorxu və təşviş yaratmaqdır.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti bir daha vətəndaşlardan xahiş edir ki, tanımadığı nömrələrdən gələn zəng və mesajlara cavab verməsinlər, həmin nömrələri bloklasınlar, mesajları spam olaraq şikayət etsinlər.
Həmçinin vətəndaşlar hər hansı kiberinsidentlə üzləşdiklərində və ya metodiki dəstəyə ehtiyacları olduqda www.cert.az saytı və ya [email protected] e-poçtu vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət etsinlər.
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23 Aprel 23:12
Şoyqunun müavini SAXLANILDI - Külli miqdarda rüşvət alıb
-
İdman23 Aprel 22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir
-
Dünya23 Aprel 21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO