Türkiyə ancaq Azərbaycanın qəbul etdiyi qərarları dəstəkləyəcək
Bizi izləyin

Nida Xəbər

Türkiyə ancaq Azərbaycanın qəbul etdiyi qərarları dəstəkləyəcək

Bu gün Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov ilə Türkiyə Xarici İşlər naziri Mevlüt Çavuşoğlunun telefon danışığı baş tutub.

XİN-dən Publika.az-a verilən məlumata görə, telefon danışığı zamanı nazir Ceyhun Bayramov Moskva şəhərində Rusiya Xarici İşlər nazirinin vasitəçiliyi ilə keçirilən Azərbaycan, Ermənistan Xarici İşlər nazirlərinin görüşü barədə Türkiyəli həmkarını məlumatlandırıb.

Nazir Azərbaycan və Ermənistan tərəfi arasında humanitar məqsədlərlə müvəqqəti atəşkəsin elan olunduğunu, mahiyyət etibarilə danışıqların aparılması və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına dair işğalçı ölkəyə sonuncu şansın verildiyini qeyd edib.

Mevlüt Çavuşoğlu Türkiyənin əsirlərin və cəsədlərin dəyişdirilməsi üçün elan edilən atəşkəsin önəmli bir addım olmaqla yanaşı, davamlı həll yolu olmadığını və Türkiyənin yalnız Azərbaycanın qəbul edəcəyi həll yolunu dəstəkləyəcəyini vurğulayıb.

Nazir Ceyhun Bayramov Azərbaycanın prinsipial mövqeyinə istinad edərək bölgədə sülhün təmin edilməsi üçün BMT TŞ-nin müvafiq qətnamələrinin həyata keçirilməsinin zəruriliyini qeyd edib.

xxx

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Məlumata görə, C.Bayramov Moskvada keçirilən görüş haqqında M.Çavuşoğluna məlumat verib.

Mövlud Çavuşoğlu Ceyhun Bayramova Türkiyənin ancaq Azərbaycanın qəbul etdiyi qərarları dəstəkləyəcəyini bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm