Ermənistan atəşkəsi pozur - Hikmət Hacıyev
Bizi izləyin

Nida Xəbər

Ermənistan atəşkəsi pozur - Hikmət Hacıyev

Müvəqqəti atəşkəsdən sonra Ermənistan qoşunlarının Azərbaycana hücumları davam etməkdədir. Azərbaycan silahlı qüvvələri Ermənistanın təxribatçı hücumlarına cavab verməkdədir.

Publika.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə deyib:

"Ermənistanın Azərbaycana qarşı silahlı təxribatı zamanı 10 günlük hərbi əməliyyatlar uğurla davam edib.

Ermənistan münaqişənin sülh yolu ilə həllinin tərəfdarı deyil. Ermənistanın Baş naziri Nikol Paşinyanın "Qarabağ Ermənistandır" fikri danışıqlar prosesinə ciddi zərbə vurub".

O qeyd edib ki, prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin əməliyyatları nəticəsində Ermənistanın illüziyaları darmadağın edilir: "Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində hərbi sistem yaradılmışdı. İri həcmdə silah-sursat ərazilərdə konsentrasiya edilmişdi. Azərbaycan ordusu sıx atəş zərbələri altında uğurlu əməliyyat həyata keçirdi. Hazırda humanitar atəşkəsi Ermənistan pozur və ordumuz ona haqlı cavab verməkdədir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm