Gürcüstan KİV-ləri: Ermənistan ordusu atəşkəs rejimini pozur
Bizi izləyin

Nida Xəbər

Gürcüstan KİV-ləri: Ermənistan ordusu atəşkəs rejimini pozur

Gürcüstanın report.ge, interpressnews.ge, apsny.ge, 24news.ge, aktual.ge və digər nüfuzlu informasiya portalları Ermənistan tərəfinin oktyabrın 10-da qüvvəyə minmiş atəşkəs rejimini pozmasından yazır.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramova istinadla yayılan xəbərlərdə humanitar atəşkəs barədə razılığın əldə olunması və rejimin tətbiqinin şərtləri, Azərbaycan Müdafiə Nazirliyinə istinadla yayılan məlumatlarda Ermənistan tərəfinin yaranmış vəziyyətdən sui-istifadə edərək elan olunmuş atəşkəsi kobud şəkildə pozaraq Azərbaycan Ordusunun mövqelərinin və dinc əhalini, arxa cəbhədə yerləşən şəhər və kəndləri raket və top atəşinə tutmağı barədə oxuculara məlumatlar çatdırılır.

Azərbaycan, rus, ingilis və gürcü dilində yayılan məlumatlarda, həmçinin Azərbaycanın Ermənistana son şans verdiyi, Azərbaycan Ordusunun dəqiq zərbələrlə düşmənin ön xəttə çıxardığı ağır artilleriya və digər atəş nöqtələrini, xeyli sayda döyüş silah və sursatını, hərbi texnikasını məhv etməsi də diqqətə çatdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm