Dünya alimlərindən Qarabağla bağlı çağırış
Bizi izləyin

Nida Xəbər

Dünya alimlərindən Qarabağla bağlı çağırış

Dünya Müsəlman Alimlər Birliyi Ermənistanın Azərbaycana qarşı təcavüzü və təxribatları ilə bağlı bəyanat yayıb.

Publika.az xəbər verir ki, iki qonşu ölkənin bir-birinin sərhədlərinə hörmətlə yanaşmasının vacibliyinin vurğulandığı bəyanatda deyilir: “Azərbaycanı və Ermənistanı bu problemi konstruktiv dialoq yolu ilə həll etməyə, müharibəni və qan tökülməsini dayandırmağa çağırırıq. Mülki şəxslərə, ətraf mühitə və əmlaka ziyan vurmaq dini və əxlaqi prinsiplərə, eləcə də beynəlxalq hüquqa ziddir. Müharibə problemin həlli üçün uyğun seçim deyil. Problem konstruktiv dialoq və iki dövlətin bir-birinin suverenliyinə, sərhədlərinə və ərazilərinə hörməti çərçivəsində həll oluna bilər.

Ermənistan işğalçı dövlətdir və beynəlxalq hüquqa zidd olaraq işğal etdiyi Azərbaycan ərazilərindən çəkilməlidir. Ermənistan ordusu sentyabrın 27-dən başlayaraq Azərbaycanın yaşayış yerlərinə qarşı təxribatlar törədib. Buna cavab olaraq Azərbaycan tərəfinin əks-hücumu nəticəsində 30-a yaxın kənd və qəsəbə işğaldan azad edilib. Dünən isə Rusiyanın vasitəçiliyi və iki ölkənin Xarici İşlər nazirlərinin iştirakı ilə keçirilən, 10 saatdan çox davam edən görüşdə humanitar atəşkəs elan edilib”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm