Baş prokuror, Prezidentin köməkçisi və dövlət rəsmiləri Gəncədədir - CANLI YAYIM
Bizi izləyin

Nida Xəbər

Baş prokuror, Prezidentin köməkçisi və dövlət rəsmiləri Gəncədədir - CANLI YAYIM

Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov, Baş Prokuror Kamran Əliyev və digər dövlət rəsmiləri Gəncə şəhərinə səfər ediblər.

Publika.az xəbər verir ki, dövlət rəsmiləri bu gecə saat 02:00-da Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərində raket zərbəsi endirdiyi əraziyə baş çəkərək, vəziyyətlə yerində tanış olublar.

Eyni zamanda K.Əliyev hadisə və erməni terroru barədə mətbuat nümayəndələrinə açıqlamalar veriblər.

Brifinqi buradan izləyə bilərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm