Andrey Petrov: Bugünkü terror aktları göstərdi ki, Ermənistan...
Bizi izləyin

Nida Xəbər

Andrey Petrov: Bugünkü terror aktları göstərdi ki, Ermənistan...

Heç şübhəsiz, Azərbaycanın dinc əhalisinə qarşı terror aktları olan bugünkü terror aktları göstərdi ki, Ermənistan qan tökülməsini istəyir, uduzmaq və indikindən daha ağır vəziyyətə düşmək istəyir.

Rusiyanın “Vestnik Kavkaza” agentliyinin böyük analitiki Andrey Petrov AZƏRTAC-a bu fikirləri Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın dinc Gəncə və Mingəçevir şəhərlərinin raket atəşinə tutulmasını şərh edərkən söyləyib.

O qeyd edib ki, Ermənistan bu gecə Gəncəyə, daha sonra Mingəçevirə hücum etməklə faktiki olaraq Dağlıq Qarabağ münaqişəsinin hər hansı dinc vasitələrlə nizamlanmasından tamamilə imtina edib.

A.Petrov deyib: “Azərbaycan döyüş meydanında üstünlüyə malik olduğu halda beynəlxalq birliyin dinc nizamlamaya qayıtmaq barədə çağırışları ilə razılaşıb, hərçənd o, işğalçı qoşunları öz ərazisindən sıxışdırıb çıxarmaqla hərbi əməliyyatları rahatca və inamla davam etdirə bilərdi. Ermənistana həqiqətən böyük tələfatdan xilas olmaq və öz qoşunlarını dinc yolla çıxarmaq üçün sonuncu şans verilmişdi. Lakin bugünkü terror aktları, - onlar isə heç şübhəsiz, Azərbaycanın dinc əhalisinə qarşı terror aktlarıdır, - göstərdi ki, Ermənistan bundan sonra da müharibənin davam etdirilməsini, qan tökülməsini istəyir, uduzmaq və indikindən daha ağır vəziyyətə düşmək istəyir. Mənim fikrimcə, döyüş əməliyyatlarının yenidən başlanması labüddür, çünki Ermənistan dünən Moskvada bağlanmış atəşkəs şərtlərinin heç birini əsla yerinə yetirməyib”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm