Türkiyə XİN: Beynəlxalq ictimaiyyət bu qanunsuzluğa "dur" deməlidir
Bizi izləyin

Nida Xəbər

Türkiyə XİN: Beynəlxalq ictimaiyyət bu qanunsuzluğa "dur" deməlidir

Türkiyə Xarici İşlər Nazirliyi Ermənistanın humanitar atəşkəsi pozaraq Gəncə şəhərinə etdiyi hücumu qınayıb.

Publika.az nazirliyin bəyanatını təqdim edir:

“Ermənistanın humanitar atəşkəsi pozaraq Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni hədəf almasını və raketlə hücumunu qəti şəkildə pisləyirik. Münaqişə zonasından 100 kilometr aralıda yerləşən Gəncə şəhərində çoxmənzilli yaşayış binasının hədəf alınması nəticəsində 9 mülki vətəndaş həyatını itirdiyi, 39 nəfərin yaralandığı bildirilir. Bu hücum Ermənistan rəhbərliyinin münaqişəni işğal olunmuş Azərbaycan ərazilərindən kənara yaymaq üçün həyata keçirdiyi təxribatlarının yeni nümunəsidir. Bu hücum həm də Ermənistanın qanunsuz işğala davam etmək üçün beynəlxalq humanitar hüququ pozmaqda heç bir zərər görmədiyini və atəşkəs qaydalarını anlamadığını ortaya qoyur.

Ermənistanın bu təcavüzkar hərəkətləri təəccüblü olmayıb, hər zamankı adi işğalçı və təcavüzkar düşüncənin açıq əksidir. Beynəlxalq ictimaiyyət bu qanunsuzluğa "dur" deməlidir. Hücumda həyatını itirən azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralılara təcili şəfa və Can Azərbaycana başsağlığı diləyirik. Türkiyə həmişəki kimi Azərbaycanın yanındadır”.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm