Hikmət Hacıyev: "Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq cavab tədbirləri görəcək"
Bizi izləyin

Nida Xəbər

Hikmət Hacıyev: "Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq cavab tədbirləri görəcək"

Bu gün Ermənistan Gəncəni raket atəşinə məruz qoyub. Ermənistanın bu əməlləri davam edəcəksə, Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq cavab tədbirləri görəcək.

Publika.az xəbər verir ki, bunu bu gün Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelərə və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələri üçün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, Gəncə təmas xəttindən uzaqda yerləşir: “Ermənistan Gəncəni Varldenis rayonundan atəşə tutub. Gəncə əhalinin sıx yaşadığı şəhərdir. Atəş nəticəsində mülki əhali arasında xeyli ölən və yaralananlar var. Ermənistan Tioçka-U raketindən istifadə edib. Bu raket böyük dağıdıcı gücə malikdir”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, əhalinin sıx yaşadığı bir əraziyə bu cür raketin atılması çoxlu saylı insanların qətlə yetirilməsi məqsədi daşıyıb: “Hətta Ermənistan “Smerç”, “Skad” raketlərindən də şəhərlərimizi atəşə tutur. Eyni zamanda Ermənistan Azərbaycanın sənaye şəhərləri olan Minəçevir şəhərini də “Smerç” raketlərindən atəşə tutur. Bu, Moskvada əldə olunmuş humanitar atəşkəs rejiminə ziddir. Azərbaycan humanitar atəşkəs rejiminə əməl etdi, amma Ermənistan mülki əhaliyə qarşı vandalizm aktı törətdi. Beynəlxalq təşkilatar Ermənistana siyasi təzyiq göstərməlidir. Ermənistan həm qara bazardan, həm də mülki təyyarələrdən istifadə etməklə yeni silahlar gətirir. Bu, beynəlxalq mülki aviasiya qaydalarna tamamilə ziddir”.

H. Hacıyev nəzərə çatdırıb ki, Azərbaycan danışıqların ATƏT-in Minsk Qrupu çərçivəsində həllinə sadiqlik nümayiş etdirdi: “Amma təəssüf ki, Ermənistan bu razılaşmanı pozaraq Azərbaycanın mülki əhalisini atəşə tutdu. Ermənistan özü də etiraf edir ki, mülki əhaliyə hücum etməklə hansısa məqsədlərinə çatmaq istəyirlər. Ermənistan həm təmas xətti boyunca yerləşən yaşayış məntəqələrini, hətta təmas xəttindən 100 km uzaqlıqda yerləşən yaşayış məntəqələrini atəşə tutur. Əgər Ermənistan bu əməllərini davam edəcəksə, Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq cavab tədbirləri görəcək. Lakin biz Ermənistanın silahlı qüvvələri ilə mübarizə aparırıq. Mülki əhali bizim hədəfimiz deyil. Hərbçilər döyüş meydanında döyüşməli, mülki əhaliyə qarşı müharibə aparmamalıdırlar”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm