Prezidentin köməkçisi: "Ermənistan enerji infrastrukturlarını da hədəfə alır"
Bizi izləyin

Nida Xəbər

Prezidentin köməkçisi: "Ermənistan enerji infrastrukturlarını da hədəfə alır"

Azərbaycan özünün suveren əraziləri çərçivəsində müharibə aparır, Ermənistan isə öz ərazisindən istifadə etməklə Azərbaycanın şəhərlərini atəşə tutur. Ermənistanın bu əməlləri regional sülhə böyük təhdid yaradır.

Unikal.org xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oktyabrın 11-də Azərbaycanda akkreditə olunan xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün təşkil edilən brifinqdə deyib.

Prezidentin köməkçisi qeyd edib ki, Ermənistan enerji infrastrukturlarını da hədəfə alır və bu da təkcə Azərbaycan üçün deyil, digər ölkələr üçün də təhlükə yaradır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm