Nida Xəbər
Fabian Hinz: Gəncəyə raket hücumunun arxasında Ermənistan rəhbərliyi dayanır
Hərbi ekspert Fabian Hinz Almaniyanın "BILD" nəşri üçün Gəncədə raketin düşdüyü yerdən görüntüləri analiz edib.
Trend-in məlumatına görə, ekspert hücumun Ermənistan tərəfindən ballistik raket vasitəsilə edildiyini və bunun arxasında Ermənistan rəhbərliyinin dayandığını bildirib:
"Hücum ballistik raketlə edilib. Gəncə Ermənistanın reaktiv artilleriyası üçün əlçatan yerdə yerləşir, ancaq zərər böyükdür. Yəni burada daha iriçaplı bir silahdan istifadə edilib".
Onun sözlərinə görə, şəhər cəbhə xəttindən 60 kilometrdən artıq məsafədə yerləşir və belə böyük hücum təsadüfi ola bilməz.
Uzun illərdir İranın raket proqramını tədqiq edən ekspert hesab edir ki, hücum üçün ya "SCUD", ya da "Toçka" raketi istifadə edilib və bu raketlər Ermənistanın arsenalında mövcuddur: "Yaxın gələcəkdə ballistik raketlərin istifadəsi arta bilər".
-
Magazin112:56
Xalq artistindən valideynlərə və müəllimlərə MÜRACİƏT - VİDEO
-
Ekologiya12:31
Sabaha olan hava PROQNOZU - 20 dərəcə isti
-
Cənubi Qafqaz12:01
Paşinyan Şahramanyana cavab verdi - İrəvanda “mühacir hökumət” davası
-
Hadisə11:46
Ağdərədə qumbaraatan tapıldı - FOTO
-
İdman11:06
"Qarabağ"ın futbolçusu Fransa klubu ilə anlaşdı - FOTOFAKT
-
Dünya10:56
NATO Rusiya ilə müharibəyə hazırlaşır - Bu ölkədən hücuma keçəcəklər
-
Nida Xəbər 10:30
Bu gün ilk Qədr gecəsidir
-
Magazin110:05
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO