Nida Xəbər
Ermənistanın Gəncəyə raket atması 150 illik pravoslav kilsəsinə də zərər vurub
Bu gün Gəncəyə səfər edən xarici diplomatlar Ermənistanın hərbi-siyasi rəhbərliyinin, ordusunun vəhşiliyi və vandalizminin şahidi oldular. Düşmənin Gəncəni ağır artilleriyadan atəşə tutması nəticəsində mülki şəxslər arasında ölən və yaralananlar var, tarixi abidələrimizə, o cümlədən bir əsr yarım yaşı olan pravoslav kilsəsinə də zərər dəyib.
Publika.az xəbər verir ki, bunu Gəncədə jurnalistlərə açıqlamasında İmamzadə ziyarətgahının mütəvəllisi, Qafqaz Müsəlmanları İdarəsi sədrinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov deyib.
O bildirib ki, qədim Gəncə şəhəri dünyada Nizami, Məshəti kimi böyük şairləri, alimləri, qonaqpərvərliyi və sülhpərvərliyi ilə tanınır: “Ermənistan Xocalıda törətdiyi soyqırımının oxşarını Gəncədə həyata keçirmək istəyir. Atılan raketlər məsum uşaqları, qadınları, yaşlıları hədəf alıb. Son raket zərbəsi nəticəsində 9 dinc sakin həlak oldu, xeyli insan yaralandı, evlərimiz dağıldı”.
Azərbaycanın tolerant ölkə olduğunu vurğulayan Hacı Tahir deyib: “Gəncədə çoxlu kilsələr, məscidlər, sinaqoq və dini mərkəzlər var. Ermənistandan atılan raketlərdən biri Gəncədə IX əsrdən qalma İslam peyğəmbərinin 5-ci nəvəsinin məzarı və ətrafındakı böyük məscidin yanına düşüb və oraya zərər vurub. Bundan başqa, Gəncədə bir əsr yarım yaşı olan pravoslav kilsəsinin də ətrafına raket düşüb və kilsə zərər görüb. Bu da onu göstərir ki, ermənilər heç bir dinə, inanca baxmırlar, onlar üçün müqəddəs heç nə yoxdur”.
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər