İtalyan senator Ermənistanın Gəncəyə raket hücumunu pisləyən açıqlama verdi
Bizi izləyin

Nida Xəbər

İtalyan senator Ermənistanın Gəncəyə raket hücumunu pisləyən açıqlama verdi

İtaliya parlamentində İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, Senatın xarici əlaqələr daimi komissiyasının üzvü, senator Stefano Luçidi Ermənistan hərbi qüvvələrinin atəşkəs rejimini pozaraq Gəncə şəhərini və oradakı mülki əhalini raket hücumuna məruz qoymasını pisləyən açıqlama verib.

Publika.az xəbər verir ki, italyan senator bildirib ki, Azərbaycan və Ermənistan Moskvada Rusiya tərəfindən təşkil olan üçtərəfli görüşdə 10 oktyabr saat 12.00-dan etibarən atəşkəslə bağlı razılaşmış və həmin görüşdə tərəflər eyni zamanda ATƏT-in Minsk Qrupu çərçivəsində münaqişənin sülh yollu ilə həlli üçün danışıqların bərpa edilməsi ilə bağlı qərar vermişlər. Ermənistan tərəfindən atəşkəsin pozulması və Azərbaycan şəhərlərinə qarşı kaset bombalardan hücumlar etməsi ilə bağlı xəbərlərin daxil oldiğunu bildirən senator Luçidi qeyd edib ki, Ermənistan silahlı qüvvələri 11 oktyabr gecə saatlarında Azərbaycanın ikinci ən böyük şəhəri olan və təmas xəttindən uzaqda yerləşən Gəncə şəhərinə raket hücumları etmiş, nəticədə 10 nəfər mülki şəxs həlak olmuş və aralarında azyaşlı uşaqlar da olmaqla 34 nəfər yaralanmışdır.

Senator İtaliya hökumətinin Moskvada əldə olunan atəşkəsin pozulmasını qəti şəkildə pisləməli olduğunu deyib, bu bölgədə sabitliyin təmin olmasının istər əhalinin təhlükəsizliyi, istərsə də İtaliyanın maraqları baxımdan çox vacib olduğunu vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm