Ərdoğan: "Ermənistan Avropanın enerji təchizatını təhlükəyə atır"
Bizi izləyin

Nida Xəbər

Ərdoğan: "Ermənistan Avropanın enerji təchizatını təhlükəyə atır"

"Azərbaycan ərazilərini işğal edən Ermənistan, təbii qaz və neft boru kəmərlərinin nəqliyyat xətləri üzərində yerləşən Tovuz bölgəsindən sonra Gəncə şəhərinə hücum etməsi ilə Avropanın enerji təchizatını təhlükəyə atır".

Publika.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə telefon danışığı zamanı bildirib.

Türkiyə Prezidenti Avropa İttifaqı ölkələrini Azərbaycanın torpaq bütövlüyü ilə bağlı tutarlı bir mövqe ortaya qoymağa çağırıb.

Danışıq əsnasında Türkiyə-Aİ əlaqələri, regional məsələlər, xüsusilə Aralıq dənizinin şərqindəki proses müzakirə edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm