Nida Xəbər
İbrahim Kalın: "Dağlıq Qarabağla görə başqa mexanizmləri işə salaq"
"Qarabağ Azərbaycan torpağıdır".
Publika.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib.
Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş əraziləri geri almaq üçün apardığı mübarizə barədə sualı cavablandıran İbrahim Kalın beynəlxalq miqyasda da işğala son qoyulmasının ciddi şəkildə gündəmə gəlmədiyi təqdirdə bu problemi həll etməyin mümkün olmadığını söyləyib.
İbrahim Kalın qeyd edib ki, bir milyon nəfərə yaxın azərbaycanlı ata-baba yurdundan köçmək məcburiyyəti ilə üzləşib.
"Bu gün Azərbaycan bu mübarizə ilə mübahisəli ərazilərdə deyil, öz torpaqlarında mübarizə aparır. Qarabağ Azərbaycan torpağıdır", - deyə o bildirib.
Türkiyə prezidentinin sözçüsü daha sonra əlavə edib:
“İşğalın bitməsindən danışmasaq və Minsk Qrupu bir fəaliyyət planı irəli sürməsə, bu böhranı həll etmək mümkün olmayacaq. Minsk Qrupu 30 ildir həll yolu tapa bilmirsə, daha 30 il gözləyəcəyikmi? Buna görə başqa mexanizmləri işə salaq”.
İbrahim Kalın vurğulayıb ki, Türkiyə Böyük Millət Məclisindəki hakim və müxalifət partiyaları arasında Azərbaycanla bağlı vahid mövqe mövcuddur.
-
Dünya21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO
-
Sosial21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik