Paşinyandan SENSASİON AÇIQLAMALAR - Biz bu təkliflərdən imtina etdik
Bizi izləyin

Nida Xəbər

Paşinyandan SENSASİON AÇIQLAMALAR - Biz bu təkliflərdən imtina etdik

Azərbaycanın Qarabağla bağlı təklifindən imtina etmişdik.

Publika.az Axar.az-a istinadla xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan xalqa müraciətində deyib. O, bir zamanlar Azərbaycanın əvvəlcə Qarabağ ətrafındakı 5 rayon, daha sonra iki rayonun qaytarılmasını və Qarabağın Azərbaycanın tərkibində olmasını təsdiqlənməsini istədiyini bildirib:

“Yəni rayonları status qarşılığında yox, sülh qarşılığında vermək lazımdır. Əks halda müharibə olmalıydı. Bizim hakimiyyət bundan imtina etdi, bu, bizim üçün qəbuledilməz idi”, – deyə o bildirib.

Paşinyan Qarabağdakı döyüşlərin hansı istiqamətdə gedə biləcəyini əvvəlcədən müəyyən edə bilmədiklərini deyib.

O, həmçinin Azərbaycanın cəbhədə uğur qazandığını da etiraf edib:

“Biz anlamalıyıq ki, çox çətin situasiya yaranıb. Mən bunu sizə həqiqəti ötürmək və birləşməyimiz üçün deyirəm”.

O, çıxışı zamanı Rusiya, Fransa və ABŞ-a vasitəçiliyə görə təşəkkür edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm