Onlar ölkəmizin həyatında ən şərəfli tarixi yazırlar
Bizi izləyin

Nida Xəbər

Onlar ölkəmizin həyatında ən şərəfli tarixi yazırlar

Qəhrəman Azərbaycan Ordusu növbəti şanlı qələbəsi ilə xalqımıza yenə də sevinc və fərəh hissləri bəxş etdi.

Publika.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov özünün “Facebook” səhifəsində paylaşıb.

Ə.Əhmədov bildirib: “Füzuli və Xocavənd rayonlarının azad edilən 8 kəndi böyük qələbəni əhəmiyyətli dərəcədə bizə yaxınlaşdırır. Çoxdan gözlədiyimiz qələbənin nəfəsi artıq çox aydın hiss olunur.

Rəşadətli Azərbaycan Ordusu, qəhrəman əsgərimiz və müdrik Ali Baş Komandanımız ölkəmizin həyatında ən şərəfli tarixi yazırlar. Tarix isə onların adını qızıl hərflərlə öz səhifələrinə yazır.

Eşq olsun Azərbaycan Ordusuna və Ali Baş Komandanımıza!

Qarabağ Azərbaycandır!”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm