Nida Xəbər
Pakistan XİN-dən Qarabağ AÇIQLAMASI: "Yaxından izləyirik"
Pakistan Azərbaycanın Gəncə şəhərinin və digər mülki yaşayış mərkəzlərinin atəşə tutulması ilə bağlı son xəbərlərdən olduqca narahatdır və Ermənistanı bu əməllərdən çəkinməyə çağırır.
Publika.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.
Bildirilib ki, Pakistan Dağlıq Qarabağ bölgəsində cərəyan edən hadisələri yaxından izləyir.
“Gəncə, Tərtər və Bərdə şəhərləri daxil olmaqla Azərbaycanın əsas ərazilərindəki mülki yaşayış mərkəzlərinin atəşə tutulması ilə bağlı son xəbərlər olduqca narahat edicidir.
Pakistan Azərbaycan hökumətinə və xalqına başsağlığını çatdıraraq, Ermənistanı beynəlxalq humanitar hüququ pozaraq günahsız mülki insanlara hücum etməkdən çəkinməyə çağırır. Qardaş Azərbaycan xalqının vətənlərini qorumaq üçün apardıqları qanuni mübarizələrində dəstəyimizi bir daha təsdiqləyirik” deyə bəyanatda qeyd olunub.
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!
-
Hadisə24 Aprel 21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin124 Aprel 21:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı