“Bu, tarixi bir müsahibə idi” - DEPUTAT
Bizi izləyin

Nida Xəbər

“Bu, tarixi bir müsahibə idi” - DEPUTAT

“Sentybar ayın 27-dən bu günə qədər davam edən vətən müharibəmizdə informasiya müharibəsi də öndə olub. Azərbaycan Prezidenti bu qurtuluş savaşımızda Ali Baş Komandan kimi döyüş meydanında qələblər əldə etdiyi kimi, informasiya müharibəsində də sözün əsl mənasında diplomatiya tarixinə yazılacaq məzmunda, üslubda müsahibələr verir”.

Publika.az xəbər verir ki, bunu millət vəkili Hikmət Babaoğlu Azərbaycan prezidenti İlham Əliyevin RİA Novosti agentliyinə verdiyi müsahibəyə münasibətini ifadə edərkən qeyd edib.

Millət vəkili nəzərə çatdırıb ki, Azərbaycan Prezidenti sentyabarın 27-dən bu günə qədər az qala hər gün 1 və bəlkə 2 televiziya kanalına müsahibələr verib: “Bu müsahibələrin hər biri tarixi müsahibələrdir. Hər biri Azərbaycan həqiqətlərinin dünyanın anladığı dildə çatdırılmasıdır. Dünya ictimiayyətinin qəbul etdiyi hüquqi, diplomatik, siyasi dildə çatdırılmasıdır. Ona görə də düşünürəm ki, istər döyüş meydanındakı, istərsə də informasiya, diplomatiya savaşındakı qələbələrimizin tək memarı Azərbaycan Prezidentidir”.

H.Babaoğlu vurğulayıb ki, Azərbaycan Prezidenti “RİA Novosti”yə müsahibəsində bir daha diplomatiya tarixində nümunəvi çıxış kimi tədris olunacaq, diplomatik bir məharətlə dolğun məzmunlu müsahibə verdi: “Şübhəsiz ki, bu, Ermənistanın küçə baş nazirinin verdiyi rabitəsiz, məzmunsuz, şər-böhtan və yalanlarla dolu, həqiqəti əks etdirməyən müsahibəsi ilə əsla müqayisə edilməyəcək bir müsahibə idi. Çünki Azəbaycan Prezidenti həqiqəti deyirdi. Azərbaycanın haqlı davasını diqqətə çatdırırdı, onun hüquqi, beynəlxalq əsaslarını hər kəsin anlayacağı bir dildə bütün Rusiya auditoriyasına çatdırırdı. Ona görə, düşünürəm ki, istənilən intellektual göstəriciyə malik olan geniş rus auditoriyası bütün səviyyələrdə Azərbaycanın nə qədər haqlı olduğunu Azərbaycan Prezidentindən bir daha dinləmiş oldu”.

H.Babaoğlunun sözlərinə görə, xüsusən müsahibənin sonunda Azərbaycan Prezidentinin Rusiya ictimaiyyətinə müracətindəki məzmun tarixi bir məzmun idi: “Eyni zamanda bu informasiya savaşında bəzi hallarda Ermənistanı müdafiə etməyə meyilli görünən, Rusiyada mövcud olan ayrı-ayrı siyasi qruplaşmalara, təşkilatlanmalara verilən mühüm əhəmiyyətli bir mesaj idi. Eyni zamanda, bu müsahibə bütövlükdə Rusiya informasiya məkanında Azərbaycana münasibəti köklü şəkildə dəyişə biləcək məzmunda idi. Çünki Azərbaycan Prezidenti qeyd etdi ki, bu gün Rusiya-Azərbaycan qonşuluq münasibətləri qədər yüksək səviyyədə olan münasibətlər heç bir başqa qonşu ölkələr arasında yoxdur. Ona görə də mən düşünürəm ki, bu müsahibə tarixi müsahibə hesab ediləcək qədər əhəmiyyətli idi. Xüsusən indiki həssas mərhələdə Azərbaycanın haqq səsinin bir daha yenidən Rusiya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyətli idi. Əlbəttə ki, bunun müqabilində Ermənistanın baş nazirinin də rabitəsiz, məzmumsuz, şərə, böhtana əsaslanan qeyri-inandırıcı fikirləri olduqca sönük görünürdü”.

Qeyd edək ki, dünən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan “RİA Novosti” agentliyinə müsahibə veriblər. Hər iki ölkənin rəhbərlərinə eyni suallar verilib və eyni cavab imkanı yaradılıb. Lakin Azərbaycan prezidenti İlham Əliyevin cavabları özündə həqiqəti ehtiva etdiyi üçün daha dolğun, məzmunlu olsa da, erməni baş nazirin yalan cavabları çox sönük, məzmunsuz idi.

Şamo Emin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm