Azərbaycanın gücünü görəndən sonra bu olacaq - Anar İsgəndərli
Bizi izləyin

Nida Xəbər

Azərbaycanın gücünü görəndən sonra bu olacaq - Anar İsgəndərli

“Beynəlxalq hüquq normalarına öyrədənlər Qərb cəbhəsidir. Həyat da göstərdi ki, 30 ilə yaxındır Qərb cəbhəsi beynəlxalq hüquq normaları deyəndə bizə nağıl danışırdı. Eynən nağıl... Yəni bizə gəlib çatanda bu beynəlxalq hüquq normalarının heç birinə riayət olunmadı”.

Publika.az xəbər verir ki, bunu tarix elmləri doktoru, professor Anar İsgəndərli Ermənistan tərəfdə muzdlu döyüçülərin döyüşməsinə münasibətini ifadə edərkən qeyd edib.

A.İsgəndərli nəzərə çatdırıb ki, hətta dünyanın nüfuzlu təşkilatı olan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının heç 4 qətnaməsinə hörmət bəslənmədi: “Yəni ali, nüfuzlu təşkilat özü öz qətnaməsinə hörmət etmədi. Bu gün birmənalı olaraq kimin gücü çoxdursa, beynəlxalq hüquq normaları da onun yanındadır. Gördünüz, nə zaman ki, Azərbaycan dünya dövlətlərinə, bu problemi yoluna qoya bilən təşkilata ümid bəslədi, ümidi boşa çıxdı. Amma bu gün dövlət başçısının siyasi qərarı, Azərbaycan ordusunun uğurları bu problemi həll etməkdədir. Deməli, kimin gücü çoxdursa, qanun da onun himayəsində, ətrafındadır. Bu mənada biz artıq dünyanın nüfuzlu təşkilatlarına, beynəlxalq hüquqa, beynəlxalq hüququn normalarına inanmırıq. Çünki 30 il inanmaq istədik, yalan çıxdı”.

A.İsgəndərli onu da vurğulayıb ki, bu gün göydə Allah, yerdə də Azərbaycanın Ali Baş Komandanı, Azərbaycan əsgəri, xalqı və onların bütövlüyü, birliyi ölkəmizin bütün problemlərini həll etməyə imkan verir: “Əmin olun, biz indi öz tarixi torpaqlarımızı qaytaraq, ondan sonra beynəlxaq hüquq normaları gələcək ki, filan normaya görə bu, düzdür. Yəni bunlar Azərbaycanın gücünü görəndən sonra bu olacaq. Amma bu gün onu demirlər. Hələlik nə deyirlər? Atəşi dayandırın. Atəş harada gedir ki? Azərbaycanın torpağında gedir. Onda, yaxşı, erməni hərbi birləşmələri cəhənnəm olub, getsinlər. Təbii ki, Azərbaycan öz torpağında müharibə aparmayacaq ki”.

“Azərbaycanın torpağı işağal olunub. Azərbaycan dövləti öz torpağını azad edir, öz torpağı uğrunda vətən müharibəsinə girib. Bax, beynəlxalq hüquq normaları budur. Bundan artıq beynəlxalq hüquq normaları yoxdur. Beynəlxalq hüquq normaları kitabda ola, haradasa beynəlxalq konfranslarda səslənə bilər, amma o səslənir, reallıqda onlar yoxdur. Şəxsən biz görmədik”, - deyə tarixçi alim əlavə edib.

Şamo Emin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm