Gəncədə ölənlərin sayı 13-ə çatdı, 40-dan çox yaralı var - FOTO/CANLI - (YENİLƏNİR)
Bizi izləyin

Nida Xəbər

Gəncədə ölənlərin sayı 13-ə çatdı, 40-dan çox yaralı var - FOTO/CANLI - (YENİLƏNİR)

Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini raket atəşinə tutması nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb

Publika.az xəbər verir ki, dağıntılar altından daha bir nəfərin meyiti tapılıb.

Düşmənin raket hücumu nəticəsində 40-dan çox şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri bu gün gecə saat 1 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən dinc sakinlərin yaşayış məntəqələrini raket atəşinə tutub.

***

04:35

"Düşmənin silahlı qüvvələrinin 17.10.2020-ci il tarixdə gecə saat 01 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən dinc sakinlərin yaşayış məntəqələrini raket atəşinə tutması nəticəsində 12 nəfər həlak olmuş, 40-dan çox şəxs yaralanmış, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir".

Bu barədə Publika.az-a Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən məlumat verilib.

"Hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
İctimaiyyətə son vəziyyətlə bağlı əlavə məlumat veriləcəkdir",- deyə məlumatda qeyd edilir.

***

04:14

Düşmənin raket hücumu nəticəsində Gəncədə ölənlərin sayı 10-dan çoxdur.

Publika.az xəbər verir ki, bu bardə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" səhifəsində məlumat verib.

O bildirib ki, yaralıların sayı isə 40-dan çoxdur. H.Hacıyev qeyd edib ki, xilasetmə işləri davam etdirilir.

Prezidentin köməkçisinin sözlərinə görə, Ermənistanın dövlət terroru siyasətinə son qoyulmalıdır.

***

03:41

"Ermənistanın Gəncəyə raket hücumları nəticəsində 35 mülki insan yaralanıb və 6 mülki şəxs həlak olub. Ölənlər arasında 2 uşaq var. Təcili yardım işləri hələ davam edir. Ermənistanın terroru və müharibə cinayətləri davam edir".

Publika.az xəbər verir ki, bu bardə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" səhifəsində məlumat verib.

***

01:16

Humanitar atəşkəsin arxasında gizlənən Ermənistanın Silahlı Qüvvələri terror və hərbi cinayət əməllərini davam etdirir.

Publika.az xəbər verir ki, bu bardə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" səhifəsində məlumat verib.

O bildirib ki, Azərbaycanın Gəncə və Mingəçevir şəhərləri raket hücumuna məruz qalıb:

"Xəsarət alanlar və dağıntılar müəyyənləşdirilməlidir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm