Robert van der Berq: Gəncə faciəsi holland mediasında Xankəndi terroru kimi təqdim olunur
Bizi izləyin

Nida Xəbər

Robert van der Berq: Gəncə faciəsi holland mediasında Xankəndi terroru kimi təqdim olunur

Dağlıq Qarabağdan, cəbhə bölgəsindən uzaq məsafədə yerləşən şəhəri bombalamaq, əhalisinə qarşı terror aktı törətmək terrorizmin özüdür.

Bu sözləri Publika.az-a açıqlamasında niderlandlı aktivist, Azərbaycanın dostu Robert van den Berq deyib.

“Uşaqların ölümü istənilən halda ağır cinayətdir. Təəssüf ki, Niderland hakimiyyəti bu münaqişədə Azərbaycana kifayət qədər diqqət ayırmır. Bu isə erməni təbliğatının daha güclü olması ilə əlaqədardır. Lakin BMT-nin qətnamələri də, digər beynəlxalq təşkilatlar da Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi qəbul edib. Odur ki, dünyanın bu həqiqəti qəbul etmək vaxtı yetişib.

Bu problemi Avropa mediasında işıqlandırmaq üçün illərdir çalışırıq. Əminəm ki, 30 ilə yaxın öz torpaqlarından uzaq düşən Azərbaycan xalqı öz vətəninə geri dönəcək.

Mənim xanımım da Azərbaycanlıdır. Qarabağın Ağdam şəhərində doğulub, böyüyüb. Odur ki, bu məsələ mənim üçün ikiqat vacib və ağrılıdır. Son günlər xəbərləri xüsusi həssaslıqla izləyirik. Ermənilərin törətdiyi terror aktlarının şahidi olmaq bizi çox üzür.

Azərbaycanın holland mediasında təbliğatını aparıram. Davamlı KİV nümayəndələrinə informasiya yollayıram. Baş verənlərlə bağlı Niderlandın ombudsmanına rəsmi şikayət ünvanlamışıq.

Əfsus ki, bu gün Gəncə faciəsinin fotoşəkilləri holland mediasında guya Xankəndində baş verən terrakt kimi təqdim olunmuşdu. Hazırda bu kobud yanlışlığı aradan qaldırmaq üçün əlimdən gələni edirəm. Azərbaycan xalqına bildirmək istəyirəm ki, mən sizinləyəm.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm