• USD 1,7000 0,00% EUR 1,9860 0,00%
    • GBP 2,1961 0,00% RUB 0,0216 0,00%

Musa Qasımlı: “Təcavüzkar ölkə Azərbaycan xalqının iradəsini sındıra bilməz”

Musa Qasımlı: “Təcavüzkar ölkə Azərbaycan xalqının iradəsini sındıra bilməz”

“Döyüş meydanında məğlub olan işğalçı Ermənistan mülki insanları hədəfə almaqla, bir neçə məqsəd güdür. Birincisi, hərbi əməliyyatların gedişində məğlub olduğunu ört-basdır etmək istəyir. İkincisi, Gəncədə mülki əhalini raket atəşinə tutmaqla, Azərbaycanda xaos, anarxiya yaratmağa çalışır”.

Publika.az xəbər verir ki, bunu ötən gecə Gəncənin ermənilər tərəfindən yenidən raket atəşinə tutulması nəticəsində xeyli sayda insanın həyatını itirməsi və yaralanması ilə bağlı danışan deputat Musa Qasımlı deyib.

M.Qasımlı vurğulayıb ki, hərbi əməliyyatlar meydanından uzaqda yerləşən Gəncənin atəşə tutulması müharibə cinayətidir: “Bu, bir daha təsdir edir ki, Ermənistanın yürütdüyü siyasət terror və soyqırımı siyasətidir. Gəncədə mülki insanların hədəf seçilməsi, günahsız insanların öldürülməsi Ermənistanın hərbi cinayətidir. Bu, qeyri-insani hərəkətləri ilə təcavüzkar ölkə Azərbaycan xalqının gözünü qorxuda bilməz, iradəsini sındıra bilməz”.

Şamo Emin

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR