Misir saytları: Ermənistanın Gəncəyə növbəti raket hücumu müharibə cinayətidir
Bizi izləyin

Nida Xəbər

Misir saytları: Ermənistanın Gəncəyə növbəti raket hücumu müharibə cinayətidir

Misirin “Nile1” və “Aldiplomasy” portalları Ermənistanın Gəncəyə daha bir raket zərbəsi endirməsi və mülki insanları qətlə yetirilməsi barədə xəbərlər yayıb.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Ermənistanın Gəncədəki mülki əhaliyə qarşı xain və vəhşicəsinə raket zərbəsinin işğalçı ölkənin hərbi-siyasi rəhbərliyinin döyüş meydanındakı məğlubiyyət qarşısında acizliyinin və ümidsizliyinin əlaməti olması barədə sözlərini də sitat gətirən Misir saytları dinc əhaliyə qarşı hücumların müharibə cinayəti olduğunu yazıblar.(AzərTAc)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm