İspaniyanın Respublikaçı Aviatorlar Assosiasiyası Ermənistanın əməllərini qınadı
Bizi izləyin

Nida Xəbər

İspaniyanın Respublikaçı Aviatorlar Assosiasiyası Ermənistanın əməllərini qınadı

İspaniyanın Respublikaçı Aviatorlar Assosiasiyasından (Asociación de Aviadores de la República - ADAR) Azərbaycanın İspaniyadakı səfirliyinə daxil olmuş məktubda Ermənistan silahlı qüvvələrinin ölkəmizə qarşı təcavüzkar siyasəti qətiyyətlə qınanılır, öz ərazi bütövlüyünü bərpa etmək uğrunda apardığı haqlı mübarizədə Azərbaycana dəstək ifadə olunur.

AZƏRTAC xəbər verir ki, Respublikaçı Aviatorlar Assosiasiyasının sədri Akilino Mata İspaniyada vətəndaş müharibəsi zamanı (1936-1939) Gəncə (həmin zaman Kirovabad) şəhərində yerləşən təlim mərkəzində təhsil almış ispan pilotların ailə üzvlərindən ibarət heyətlə birlikdə 2016-cı ildə Gəncə şəhərinə səfərlərini xoş təəssüratlarla xatırlayaraq, İkinci Dünya müharibəsi illərində Bakının müdafiəsində iştirak edən ispan aviatorlar, onların yaxınları üçün Azərbaycanın, xüsusilə Gəncənin xüsusi əhəmiyyətə malik olduğunu qeyd edir.

Məktubda Respublikaçı Aviatorlar Assosiasiyasının, ispan pilotların ailə üzvlərinin və yaxınlarının Ermənistan silahlı qüvvələrinin cəbhə bölgəsindən kənarda yerləşən Gəncə şəhərini raket atəşinə tutmasından dərin sarsıntı keçirdiyi, bu təcavüz əməlinin qəbuledilməz olduğu vurğulanır.

“Ermənistanın növbəti hərbi təxribatı zamanı həlak olmuş mülki şəxslərin xatirəsini ehtiramla anırıq, münaqişənin tezliklə və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinə dəstəyimizi ifadə edirik”, - deyə məktubda bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm