• USD 1,7000 0,00% EUR 2,0063 0,00%
    • GBP 2,2204 0,00% RUB 0,0222 0,00%

Avstraliyanın aparıcı KİV-ləriı Ermənistan Gəncəyə raket hücumu barədə məlumat yaydı

Avstraliyanın aparıcı KİV-ləriı Ermənistan Gəncəyə raket hücumu barədə məlumat yaydı

Avstraliyanın aparıcı SBS televiziya kanalının “World News” axşam buraxılışında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni raket atəşinə tutması və dinc sakinləri qətlə yetirməsi barədə məlumat yayıb.

Verilişdə Azərbaycanın Avstraliyadakı müvəqqəti işlər vəkili Ramil Qurbanov, diaspor fəalları Cesika Oyta və Şəmsəddin Necadi tamaşaçıları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, həmçinin Xocalı soyqırımı barədə də geniş məlumatlandırıblar.

Qeyd ediblər ki, ötən əsrin 90-cı illərində keçmiş SSRİ-nin dağılması nəticəsində yaranan qarışıqlıqdan istifadə edən ermənilər xarici havadarlarının köməyi ilə Azərbaycan torpaqlarını işğal ediblər. Münaqişənin həlli ilə bağlı ATƏT-in 1992-ci ildə yaradılmış Minsk qrupunun iştirakı ilə davam edən danışıqlar heç bir nəticə verməyib. Əksinə, yaranmış şəraitdən istifadə edən Ermənistan Azərbaycanın digər ərazilərini də işğal etmək fikrinə düşüb. Sentyabrın 27-də Ermənistan ordusu tərəfindən törədilən növbəti təxribata cavab olaraq Azərbaycan ordusu əks-hücuma keçib. Oktyabrın 10-dək davam edən döyüşlər nəticəsində bir sıra ərazilər işğaldan azad edilib. Rusiya rəhbərliyini xahişi ilə tərəflər arasında humanitar atəşkəs elan olunsa da ermənilər bundan istifadə edərək Azərbaycan şəhərlərini raket hücumuna məruz qoyurlar. Buna misal olaraq, cəbhə bölgəsindən xeyli uzaqda yerləşən Gəncə şəhərinə edilən raket hücumları nəticəsində onlarla insan, əsasən də qadınlar və uşaqlar həlak olub, xeyli insan yaralanıb.

Vurğulanıb ki, beynəlxalq ictimaiyyət, xüsusən sülhsevər Avstraliya əhalisi təcavüzkarı dayandırmaq, onun insanlığa qarşı yönələn əməllərini pisləməlidirlər.

Verilişdə ötən əsrin 90-cı illərinin əvvəllərində ermənilər Xocalı şəhərində törətdiyi soyqırımı barədə də ətraflı məlumat verilib.

Bundab başqa Avstraliya saytları da Ermənistanın raket hücumu nəticəsində Gəncə şəhərində ölənlər və yaralananlar barədə məlumat yayıb.

Avstraliyanın newcastleherald.com.au, au.news.yahoo.com, westernadvocate.com.au, illawarramercury.com.au və digər saytlarında yayılan məlumatlarda Ermənistanın Gəncə şəhərinə raket hücumu nəticəsində 13 mülki vətəndaşın həlak olduğu və 40-dan çoxunun yaralandığı bildirilir. Qeyd edilir ki, sentyabrın 27-dən Ermənistanın törətdiyi təxribatlardan sonra başlanan döyüş əməliyyatlarında oktyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə humanitar atəşkəs rejimi elan edilsə də, qarşılıqlı hücumlar davam edir.

Ermənistanın Azərbaycanın Mingəçevir şəhərinə də raketlər atdığı, lakin onların Azərbaycan hava hücumundan müdafiə sistemləri tərəfindən sıradan çıxarıldığı bildirilir. Qeyd edilir ki, Ermənistanın bu hücumları oktyabrın 10-da əldə edilmiş humanitar atəşkəs barədə razılaşmanın pozulmasına səbəb olub.

Avstraliya saytları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə də məlumat veriblər.(AzərTAc)

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR