Norveç nəşrləri Gəncəyə raket hücumundan yazır
Bizi izləyin

Nida Xəbər

Norveç nəşrləri Gəncəyə raket hücumundan yazır

Norveç nəşrləri Gəncəyə raket hücumu barədə yazılar dərc edib.

Norveçin nüfuzlu “Verdens Gang” və “Adresse” nəşrləri Ermənistan ordusunun Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə raket hücumundan bəhs edib.

Raket hücumu nəticəsində şəhərdəki bir neçə evin tamamilə dağıldığı, ən azı 13 mülki vətəndaşın həlak olduğu bildirilir.

“Verdens Gang” nəşrinin məqaləsində deyilir: “Azərbaycan prokurorluğunun məlumatına görə, hücum nəticəsində ən azı 50 nəfər zərər çəkib. Azərbaycan hökuməti məlumat verir ki, zərbələr Ermənistandan endirilib. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də 20-dən çox evin dağıldığını bildirir”.(AzərTAc)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm