Nur-Sultan şəhərinin mərkəzi Azərbaycan bayrağının rənglərinə büründü - FOTO
Bizi izləyin

Nida Xəbər

Nur-Sultan şəhərinin mərkəzi Azərbaycan bayrağının rənglərinə büründü - FOTO

Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərinin mərkəzindəki ən hündür binalardan biri Azərbaycana dəstək məqsədilə iki gün müddətində dövlət bayrağımızın rənglərində işıqlandırılacaq.
Publika.az
xəbər verir ki, son günlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zonasında baş verən hadisələrə, təcavüzkar Ermənistanın mülki vətəndaşlarımızı, uşaqları qətlə yetirməsinə, müxtəlif şəhərlərimizi atəşə tutmasına Qazaxıstan vətəndaşları da kəskin etiraz edirlər.
Nur-Sultanda yerləşən Beynəlxalq Türk Akademiyasının və Qazaxıstan tərəfinin birgə təşəbbüsü ilə tarixi, əlamətdar günlərdə Azərbaycana dəstək məqsədilə həyata keçirilən bu aksiya qardaş qazax xalqının xalqımıza mənəvi dəstəyinin ifadəsi hesab oluna bilər. Bina həm də 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə bayrağımızın rənglərinə bürünüb.
Qeyd edək ki, Qazaxıstan paytaxtının mərkəzində Azərbaycan nümayiş etdirilməsi sosial mediada böyük marağa səbəb olub və böyük dəstək qazanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm