Gəncədə həlak olanların xatirəsi Vaşinqtonda anıldı
Bizi izləyin

Nida Xəbər

Gəncədə həlak olanların xatirəsi Vaşinqtonda anıldı

Ermənistan silahlı qüvvələrinin oktyabrın 17-də Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə dinc insanlara qarşı törətdiyi qanlı hücum zamanı həlak olanların xatirəsi Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda anılıb.

ABŞ-Azərbaycan icmasının üzvləri Vaşinqtondakı səfirliyin binası qarşısına gələrək, mülki insanların qətlindən kədərləndiklərini bildiriblər. Səfirliyin inzibati binasının divarlarına “Gəncə 17.10.2020” sözləri yazılıb. Eyni zamanda səfirliyin hasarına qətliam zamanı öldürülən uşaqların fotoları vurulub. Uşaq oyuncaqları düzülərək onların xatirəsi yad edilib.(Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm