Zahid Oruc: Rəşadətli ordumuz "Zəfər yürüşü"nü davam etdirəcək
Bizi izləyin

Nida Xəbər

Zahid Oruc: Rəşadətli ordumuz "Zəfər yürüşü"nü davam etdirəcək

Zahid Oruc: Siyasi “atəşkəs müqaviləsi” Ermənistanla sərhəddə imzalanacaq.

“Humanitar pauza” 26 ildir sürən atəşkəs rejimi deyil.

Publika.az xəbər verir ki, bu fikirləri Sosial Tədqiqatlar Mərkəzinin rəhbəti Zahid Oruc bildirib. O qeyd edib ki, müzəffər ordumuzun hərbi qələbələri Ali Baş Komandanın bağlı qapılar arasında gedən və silahlı savaşdan daha mansız olan diplomatik müharibəni də ölkəmizin xeyrinə təsbit etmək üçün əvəzsiz üstünlüklər qazandırır:
"Müstəqilliyimizin 29-cu ilində “əsir torpaqlar”ımızın işğaldan qurtulması xalqımızın azadlığının və istiqalılın da bütövləşməsinə yol açdı.Çünki dünya birliyi tərəfindən tanınan sərhədlərimiz daxilində bütün coğrafiyası üzrə öz müqəddaratını təyin edə bilməyən xalq məhz azərbaycanlılar idi.
Ona görə də Azərbaycan Demokratik Respublikasının da yaranmasını nəzərə alsaq, bu sayca 3-cü müstəqillik mərhələsidir ki, millətimizə məxsus olan torpaqların hamısında dövlət bayrağımızın dalğalanması üçün tarixi şans yaranıb.Əgər erməni tərəfi gecə saat 00.00 dan elan olunan, sırf əsir və cəsədlərin dəyişdirilməsi məramına xidmət edən humanitar pauzanı, Qırmızı Xaç Cəmiyyətinin qısa müddətdə həyata keçirəcəyi missiyanı toparlanmaq və itirilmiş ərazilərin qaytarılması üçün fürsət kimi dəyərləndirəcəklərsə, onda rəşadətli Ordumuz “Zəfər Yürüşü”nü davam etdirəcək və atəşin davamlı olaraq kəsilməsi üçün “sülh müqaviləsi” Ermənistanla sərhəddə imzalanacaq!"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm