Türk Şurasından Müstəqillik Günü təbriki - "Qardaş Azərbaycanın yanındayıq"
Bizi izləyin

Nida Xəbər

Türk Şurasından Müstəqillik Günü təbriki - "Qardaş Azərbaycanın yanındayıq"

“Azərbaycanın dünya səviyyəsində tanınmış ərazi bütövlüyünü bərpa etmək və bu torpaqlar üzərində suverenliyini təmin etmək üçün beynəlxalq hüquqa uyğun olaraq haqq mübarizəsinə güclü dəstəyimizi bir daha nümayiş etdiririk”.

Publika.az xəbər verir ki, bunu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev deyib.

Türk Şurası tərəfindən edilən yazılı açıqlamada Amreyev, Şuraya sədrlik edən qurucu və üzv dövlət olan Azərbaycanın Müstəqillik Gününü də təbrik edib.

Bu münasibətlə Azərbaycan xalqına və hökumətinə ürəkdən təbriklərini çatdırmaqdan şərəf duyduğunu vurğulayan Amreyev Azərbaycan Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi altında, 29 illik müstəqillik dövründə ölkənin bölgədə sabitlik və sülhün bir ünsürünə çevrildiyini və siyasi, iqtisadi və sosial sahələrdə əldə edilən böyük inkişafın qürurla şahidi olduğunu bildirib: “18 oktyabr 1991-ci ildə qəbul edilmiş və 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq elan edilən Dövlət Müstəqilliyi haqqında Konstitusiya Qanunu qardaş Azərbaycan xalqının böyük tarixi əhəmiyyətə malikdir. Qardaş Azərbaycanın şərəfli bayrağının azad edilmiş torpaqlarında dalğalanacağına əminliyimi ifadə edərək, bu müqəddəs gün münasibətilə bir daha səmimi qəlbdən təbriklərimi çatdırır və Azərbaycan xalqına sülh, firavanlıq və əmin-amanlıq və uğurlu gələcək arzulayıram. Müstəqillik Gününüz mübarək!”, - B. Amreyev qeyd edib.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm