ANAMA: Xızıda S-300 raketinin qalıqları aşkarlandı
Bizi izləyin

Nida Xəbər

ANAMA: Xızıda S-300 raketinin qalıqları aşkarlandı

“Bu gün Xızı rayonuna raket atılması ilə bağlı saat 13:00 radələrində agentliyə məlumat daxil olub".

Publika.az xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında ANAMA-nın Operativ Qərargahının rəisi İdris İsmayılov bildirib.

Qeyd edilib ki, Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşları sentyabrın 27-dən bu günə qədər 11 ədəd “Elbrus” tipli raketin qalıqlarını aşkar edib və götürüb. Həmin əraziyə baş çəkilib və S 300 raketinin qalıqları aşkar edilib.

Hazırda raket ərazidədir və Agentliyin əməkdaşları qalıqları götürür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm