AKP RƏSMİSİ: "Azərbaycanlı qardaşlarımızın hüquqlarını sonadək müdafiə edəcəyik"
Bizi izləyin

Nida Xəbər

AKP RƏSMİSİ: "Azərbaycanlı qardaşlarımızın hüquqlarını sonadək müdafiə edəcəyik"

Ermənistan və onun havadarları müharibənin belə hüququna sığmayan qətliamçı şəbəkə kimi davranırlar.

Publika.az xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çəlik "Tvitter" hesabında yazıb. Onun sözlərinə görə, Ermənistanın hücumları və törətdiyi qətliamlar cəzasız qalmayacaq.

"Ermənistan insanlığa qarşı cinayət törədib. Ermənistan insanlıq və hüquq qarşısında mühakimə edilməlidir", - deyən AKP rəsmisi qeyd edib ki, azərbaycanlı qardaşlarımızın hüquqlarını sonadək müdafiə edəcəyik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm