• USD 1,7000 0,00% EUR 2,0014 0,00%
    • GBP 2,3463 0,00% RUB 0,0234 0,00%

Ermənistanın əsas məqsədi bu deyildi, onlar istəyirdilər ki... - DEPUTAT

Ermənistanın əsas məqsədi bu deyildi, onlar istəyirdilər ki... - DEPUTAT

“Ermənistan tərəfinin özünün xahiş etdiyi atəşkəs rejiminə əməl etməməsi düşmən tərəfdə xaosun və çaşqınlığın hökm sürməsi, məğlubiyyətlə barışa bilməmələri və cinayətkar xisləti ilə izah oluna bilər”.

Publika.az xəbər verir ki, bunu Ermənistan tərəfinin humanitar atəşkəs rejiminə əməl etməməsinə münasibətini ifadə edən deputat Tahir Mirikişili qeyd edib.

T.Mirikişilinin sözlərinə görə, Ermənistan daha əvvəlki illərdə elan olumuş atəşkəslərdən maksimum faydalanıb: “Belə ki, Xocalı faciəsi və Şuşanın işğalı Azərbaycanla əldə olunmuş atəşkəsdən dərhal sonra həyata keçirilib. Onlar 30 il ərzində özləri-özlərini məğlubedilməz olduqları haqda mifə o qədər inandırmışdılar ki, indi məğlubiyyətin ciddi şokunu yaşayırlar”.

T.Mirikişili hesab edir ki, atəşkəsə nail olmaqla, vaxt qazanmaq, ehtiyat toplamaq istəyən Ermənistanın əsas məqsədi məhv edilən əsgərlərinin cəsədlərin götürmək deyil: “Əsgər həyatı onlar üçün vacib olsa idi, öz insanlarını işğal olunmuş ərazilərə ölümə göndərməzdilər”.

Deputat onu da nəzərə çatırıb ki, ilk atəşkəsdən dərhal sonra Gəncədə hərbi cinayətin törədilməsi Ermənistanın əsl xislətini bütün dünyaya nümayiş etdirdi: “Belə bir cinayətkar rejim hökmən cəzalandırılmalıdır. Artıq Azərbaycan və Azərbaycan ordusu çox güclüdür. Heç bir humanitar atəşkəs Ermənistanı işğalçılıq siyasətini davam etdirməsinə kömək edə bilməz. Qələbə çox yaxındır”.

Şamo Emin

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR