Bütün cəbhəboyu vəziyyət Ordumuzun nəzarəti altındadır - Hüseyn Mahmudov
Bizi izləyin

Nida Xəbər

Bütün cəbhəboyu vəziyyət Ordumuzun nəzarəti altındadır - Hüseyn Mahmudov

Ermənistan tərəfi humanitar atəşkəsdən yararlanaraq öz qoşunlarını yenidən toplamaq və işğal edilmiş əraziləri təkrar işğal etməyə çalışır. İkinci dəfə əldə olunan humanitar razılaşmadan sonra oktyabrın 18-i gecə saatlarından başlayaraq Ermənistan tərəfi Cəbrayıl, Hadrud və digər istiqamətlərdə Azərbaycan Ordusunun mövqelərinə hücum edib.

Publika.az xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov deyib.

Onun sözlərinə görə, Ermənistanın hücum cəhdləri olduqca çox olub: “Onlar təkrarən işğaldan azad edilən ərazilərimizi yenidən işğal etmək istəyib. Bunun üçün raketlərdən, ağır artileriyadan və aviasiyadan istifadə edib. Lakin Azərbaycan ordusu bu cəhdlərin qarşısını aldı və düşmənin SU-25 təyyarəsini məhv edib. Hazırda bütün cəbhəboyu vəziyyət Ordumuzun nəzarəti altındadır . Ermənistan bütün qanunları və konvensiyaları kobud şəkildə pozur. Azərbaycanın əks-hücumları zamanı məhv edilən erməni tərəfinin hərbi texnikalarının sayı düşmənin işğal olunmuş ərazilərində hansı dərəcədə hərbləşməsini göstərdi”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm