Nida Xəbər
“Bunlar Almaniyanın siyasətini müəyyən etməyən qüvvələrdir” - Ramiz Sevdimalıyev

“Avropada müəyyən qüvvələr var ki, birmənalı şəkildə ermənipərəst siyasət aparır, ermənilərin tərəfini tutur. 30 il ərzində belələrini çox görmüşük. O ki qaldı Almaniyanın bəzi partiyaları, o cümlədən də “Almaniya üçün alternativ” Partiyası özü ksenofob, müsəlmanlara qarşı nifrətlə formalaşmış bir hərəkatdır, sonradan partiya oldu, parlamentə də düşdü”.
Publika.az xəbər verir ki, bunu BDU-nun Beynəlxalq münasibətlər kafedrasının professoru Ramiz Sevdimalıyev nasist “Almaniya üçün alternativ” Partiyasının 3 üzvünün Dağlıq Qarabağ ərazilərinə qanunsuz səfər etməsi ilə bağlı danışarkən qeyd edib.
R.Sevdimalıyevin sözlərinə görə, Avropa ölkələrində bir qrup deputatın həmişə Azərbaycanın dövlət sərhədinə, müstəqilliyinə hörmətsizlik edərək, Ermənistanın ərazisi vasitəsilə Dağlıq Qarabağa keçməyinin şahidi olub: “Əsas odur ki, onlar öz dövlətlərinin siyasətlərini formalaşdıran insanlar deyillər, dövlətin siyasəti başqadır. Azərbaycanın ərazi bütövlüyünü Almaniya, Avropanın bütün ölkələri tanıyır”.
R.Sevdimalıyev nasist deputatların Dağlıq Qarabağa səfərini qəti şəkildə pisləyib: “Azərbaycan rəsmi şəkildə onların öz dövlətlərinə bildirməlidir ki, deputatları belə qanun pozuntuları ilə məşğul olurlar. Mütləq şəkildə onların hərəkətləri barədə ölkəsinin ictimaiyyətini məlumatlandırmalıdır ki, onlar sui-istifadə edərək, habelə süni şəkildə öz seçicilərinin etibarından istifadə edərək, qanun pozuntusu ilə məşğuldurlar”.
Almaniyanın Avropa İttifaqında siyasəti formalaşdıran əsas güc mərkəzlərindən biri olduğunu vurğulayan R.Sevdimalıyev diqqətə çatdırıb ki, Almaniya dövləti birmənalı şəkildə Azərbaycan ərazilərini tanıyıb: “Həmişə Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərlə bağlı mövqeləri də bəlli olub. Amma Dağlıq Qarabağa gələn bu qüvvələr çox ağırlıq təşkil etməyən, yəni Almaniyanın siyasətini müəyyən etməyən qüvvələrdir. İndi hansısa formada Almaniya neytral mövqe səsləndirirsə, bu, o demək deyil ki, onlar Ermənistanı dəstəkləyirlər. Amma hamı başa düşür ki, bügünkü dünyada hər kəs ərazi bütövlüyünü özü təmin etməlidir. Çünki beynəlxalq hüquq normaları işləmir. Bu gün Azərbaycan ordusu özü öz ərazi bütövlüyünü dəstəkləmək istəyir və Almaniyanı və digər güc mərkəzlərini fakt qarşısında qoyacaq ki, mən öz ərazi bütövlüyümü özüm bərpa etdim, beynəlxalq hüquq normaları işləmədi. Deməli, Azərbaycan göstərəcək ki, Azərbaycanın qurduğu siyasət onun öz milli gücünə əsaslanan, maraqlarını özündə ehtiva edən siyasətdir və ona əsaslanaraq, öz ərazilərini azad edir”.
Şamo Emin

-
Sosial14:40
Səfər Mehdiyev olayı ilə bağlı RƏSMİ AÇIQLAMA
-
Nida Xəbər 13:20
Sülhməramlılar Azərbaycan hərbçiləri ilə erməni terrorçuları arasında canlı qalxan rolunu oynamayacaq - Kuznetsov
-
Hadisə12:58
Azyaşlıları pirlərə aparan qadın məsuliyyətə cəlb edildi
-
İdman12:01
Qurban Qurbanov: - Biz meydandan DÖYÜŞSÜZ çıxa bilmərik - VİDEO
-
Nida Xəbər 11:35
Azərbaycan və Əlcəzair XİN başçılarının geniştərkibli görüşü başladı - FOTO/YENİLƏNDİ
-
Hadisə11:26
Arvadına əsəbiləşib 300 adamı evsiz qoydu: Yevlaxdakı yanğınla bağlı YENİ DETALLAR - VİDEO
-
Dünya11:03
Ölümdən danışan yerdə öldü - VİDEO
-
Nida Xəbər 10:32
Kamran Əliyev: "Vətən müharibəsi dövründə jurnalistlərimiz sübut etdilər ki..." - YENİLƏNDİ