Mən 80 yaşlı ana Sizinlə fəxr edirəm - Xalq artisti Prezidentə məktub yazdı
Bizi izləyin

Nida Xəbər

Mən 80 yaşlı ana Sizinlə fəxr edirəm - Xalq artisti Prezidentə məktub yazdı

"Möhtərəm cənab Prezident.

Mənim Sizə hörmətim, ana məhəbbətim o qədər sonsuzdur ki, özümü saxlaya bilməyib məktub yazdım. Analıq məhəbbəti çox güclü olur. Mən gecələr də yatmayıb Sizə - müdrik siyasətçimizə, Vətənini, xalqını ürəkdən sevən, tutarlı, dəqiq, qətiyyətli çıxışlar edən, düşmənə bütün qəlbi ilə nifrəti olan vətənpərvər, mətin, sözündən dönməyən əbədi Prezidentimizə qulaq asıram və dualar edirəm".

Publika.az xəbər verir ki, bu fikirlər Xalq artisti, məşhur teleaparıcı Ofelya Sənaninin Prezident İlham Əliyevə yazdığı məktubda yer alıb.

O fikirlərini belə davam etdirib:

"Mən 80 yaşlı ana Sizinlə sözlə ifadə edilə bilməyəcək dərəcədə fəxr edirəm. Bu yaşda çox xoşbəxtəm ki, Sizin sayənizdə gündən-günə gözəlləşən, çiçəklənən, eləcə də başqa ölkələrdən seçilən, tayı-bərabəri olmayan, ürəkləri sevindirən Azərbaycanımızı görürəm.

Hər şeyə görə Sizə minnətdarıq, bizim əbədi Prezidentimiz.

Ulu Tanrı Sizi qorusun!"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm