Everesti fəth edən ilk azərbaycanlı alpinistdən maraqlı təşəbbüs - VİDEO
Bizi izləyin

Nida Xəbər

Everesti fəth edən ilk azərbaycanlı alpinistdən maraqlı təşəbbüs - VİDEO

Everesti fəth edən ilk azərbaycanlı - İsrafil Aşurlu Avropanın ən yüksək zirvəsi olan Elbrusda “Qarabağ Azərbaycandır” şüarını səsləndirib.

Bu barədə Publika.az-a açıqlama verən alpinist bildirib ki, günümüzün tarixini əsgərlərimiz yazır.

Sentyabrın 27-dən bəri - artıq 23 gündür ki, bütün diqqət Azərbaycandan gələn xəbərlərə yönəlib. Səhər yuxudan oyanandan gecə saatlarına qədər, bütün soydaşlarımız kimi, mən də xəbərləri izləyirəm və cəbhədən şad xəbərlər gözləyirəm. Çox təəssüf ki, Rusiya telekanalarının böyük əksəriyyətinin yayımladığı verilişlərdə baş verənlər açıq-aşkar ermənipərəst mövqedən işıqlandırılır. Bununla da rus tamaşaçısında Azərbaycanın təcavüzkar tərəf olması və onun Rusiyanın Cənubi Qafqazdakı yeganə müttəfiqi olan Ernənistana qarşı müharibə aparması barədə rəy formalaşdırmağa çalışırlar. Çox zaman tamaşaçıda belə bir fikir yarana bilər ki, azərbaycanlılar Türkiyə ilə birgə, islam terrorçuların iştirakıyla Ermənistan üzərinə hücuma keçib və guya Kollektiv Təhlükəsizlik Müqaviləsi Şurasının üzvü kimi Rusiya öz müttəfiqi Ermənistan tərəfdən münaqişəyə müdaxilə etməlidir...

Xoşbəxtlikdən, az da olsa, Azərbaycanda baş verənləri vicdanla işıqlandıran obyektiv rus politoloqları da var və onların arasında Maksim Şevçenkonun və Iqor Korotçenkonun adlarını xüsusi vurğulamaq istərdim. Bu politoloqların obyektiv yanaşmaları sayəsində ruslar anlayırlar ki, təcavüzkar, işğalçı kimdir, öz torpaqlarını azad etmək üçün müharibə aparan kim.

Prezident İlham Əliyevin Rusiya telekanallarındakı çıxışları barədə ayrıca danışmaq istərdim. Hətta ən qatı düşmənlərimiz də bizim mövqeyimizi dəqiq və aydın şəkildə ifadə edən İlham Əliyevin daim nala-mıxa vuran yalan danışan Nikol Paşinyan üzərində şəksiz qələbə çaldığını etiraf edirlər.

Vətənimiz üçün bu ağır və taleyüklü günlərdə biz hamımız həmrəy olmalıyıq. Azərbaycan müxtəlif millətlərin və dinlərin təmsilçiləri üçün vətən olub. Bu gün də azərbaycanlılar, ruslar, yəhudilər, ləzgilər, avarlar, saxurlar, talışlar, udinlər, xınaqlılılar, tatarlar, ingiloylar və digər xalqlar burada çiyin-çiyinə döyüşürlər. Onlar cinayətkar miflərə, işğalçı düşmənə qarşı mübarizə aparırlar. Öz doğma vətənləri - bütöv, bölünməz Azərbaycan uğrunda savaşırlar!

İndi hər şey döyüş meydanında həll olunur və bu günün tarixini bizim əsgərlər yazır.

Bizim işimiz haqq işidir və biz qalib gələcəyik!

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm