Paşinyandan "gözlənilməz" TƏKLİF: Ermənilər 10-15 gün ərzində... - Sabiq nazir ŞOK DETALLARI AÇDI - - VİDEO
Bizi izləyin

Nida Xəbər

Paşinyandan "gözlənilməz" TƏKLİF: Ermənilər 10-15 gün ərzində... - Sabiq nazir ŞOK DETALLARI AÇDI - - VİDEO

Video əlavə olunub.

xxx

“Ermənilərin müdafiə sistemi “kağızdan düzəldilmiş ev” kimi darmadağın olur”.

Publika.az xəbər verir ki, bunu Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

“Ermənilərin bütün strategiyası 10-15 gün davam gətirməyə hesablanmışdı. Daha sonra ya atəşkəs rejimi bərpa olunmalı, ya da Rusiyadan kömək gəlməli idi. İndi isə onların müdafiə sistemi “kağızdan düzəldilmiş ev” kimi darmadağın olur.

Rusiya həmişə Ermənistana silahı ya kreditlə, ya da pulsuz verib. Bunlar həmişə köhnəlmiş silahlar olub və yalnız həmin o 1-2 həftəyə çatacaq həcmdə olub. Bununla da Rusiya Ermənistanın özündən asılılığını qaçılmaz və əvəzedilməz edib”, - sabiq nazir vurğulayıb.

Tofiq Zülfüqarov Ermənistan baş nazirinin Azərbaycan Prezidentinə görüş təklifinə də münasibət bildirib:

“Ötən gün gözlənilmədən iki mövzu gündəmə gəldi. Birinci, Baş nazir Paşinyan danışıqları davam etdirməyi və “gözlənilmədən” Moskvada görüşməyi təklif etdi. Bu, Moskvanın təşəbbüsü deyil və bu səbəbdən görüş ehtimalı vaxtından əvvəl görünən məsələyə bağlıdır. Çünki Moskva hələ Paşinyanın “yetişmiş” olduğuna və ya bağışlanmağa və qurtuluşa layiq olduğuna inanmır. Digər yandan, görüş faktından istifadə edərək özünü Azərbaycan və Türkiyə qarşısında “sülhsevər qalib” və Putinin bərabər tərəfdaşı elan edəcək.

Hesab edirəm ki, Azərbaycan bu görüşə ehtiyac duymur, çünki məqsədlərinə çatmayıb və Paşinyan özünü xilas etmək şansı verməyin mənası yoxdur, çünki ermənilər onsuz da tam hərbi məğlubiyyətə yaxınlaşırlar”.

Sabiq nazir qeyd edib ki, aktiv döyüş əməliyyatları zamanı Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanının Moskvaya getməsi siyasi baxımdan səhvdir və təhlükəsiz deyil: “Tovuz sərhədində görüşməyi təklif edə bilərik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm