• USD 1,7000 0,00% EUR 1,9932 -0,15%
    • GBP 2,3252 -0,36% RUB 0,0234 0,00%

"Beynəlxaq ictimaiyyətə müraciət edirəm: karsınız, ya korsunuz?" - Mustafa Şentop

"Beynəlxaq ictimaiyyətə müraciət edirəm: karsınız, ya korsunuz?" - Mustafa Şentop

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb.

Publika.az xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə 5 məsələ daxil edilib.

İclasda Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop çıxış edib.

“Əvvəlcə onu deyim ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Türkiyə xalqının Azərbaycan xalqına salamını gətirmişəm”.

Onun sözlərinə görə, Türkiyə parlamentinin üzvlərinin hər biri bugünkü iclasda iştirak etmək istəyir: “İnşallah biz birlikdə belə bir iclası birlikdə Qarabağda keçirək”.

TBMM sədri bildirib ki, Türkiyə hər zaman olduğu kimi bu gün də Azərbaycanın yanındadır: "Məclis olaraq Azərbaycanın yanında olduğumuzu sentyabrın 28-də dünyaya bir daha bəyan etdik”.

Onun sözlərinə görə, Ermənistan mülki insanları öldürməyi dövlət siyasətinə çevirib:

“Moskvadakı atəşkəsdən sonra da onlar atəşkəsi pozaraq mülki insanları yenidən hədəf alıb. Onlar günahsız insanlara hücum etməyə davam edir. Bunlar müharibə cinayətidir. Beynəlxaq ictimaiyyətə müraciət edirəm ki, karsınız, ya korsunuz? Bunları görmürsünüzmü? Ermənistanın ipini əlində tutanlar bunu dayandırmalıdır”.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR