• USD 1,7000 0,00% EUR 2,0137 -0,22%
    • GBP 2,2658 +0,09% RUB 0,0224 +0,45%

Orada bizim pirlərimiz, əzizlərimizin məzarları var - Zəngilanlı professor DANIŞDI

Orada bizim pirlərimiz, əzizlərimizin məzarları var - Zəngilanlı professor DANIŞDI

“Azərbaycanın işğal altında olan hər qarış torpağının azad olunmasına çox sevinirik. O cümlədən də Zəngilanın, Cəbrayılın, Füzulinin, onlarla kəndin azad olunması bizi qürurlandırır”.

Bu sözləri Publika.az-a Zəngilan şəhərinin düşmən tapdağından azad olunması ilə bağlı duyğularını bölüşən filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli deyib.

O qeyd edib ki, Azərbaycanın işğal altında olan torpaqlarının azad olunması tarixi hadisədir: “Biz hazırda bunun sevincini yaşayırıq. Zəngilan şəhərinin işağldan azad olunması əlbəttə ki, orada doğulan insanlar üçün əlavə sevinc, qürur hissi yaradır. Çünki orada bizim pirlərimiz, əzizlərimizin məzarları, bizə tanış olan yerlər, çaylar, meşələr, ağaclar, torpaq var. Ona görə də bu detallar insana əlavə hiss gətirir.

Mən çox sevinirəm. Azərbaycan Ordusuna, əsgərlərimizin rəşadətinə, Ali Baş Komandanın qətiyyətinə, bu qələbədə rolu, xidməti, köməyi olan hər kəsə təşəkkür edirik. Bu qələbələr Azərbaycan xalqının döyüşkən və mübariz ruhunu bir daha göstərir. Eyni zamanda, xalqın sarsılmaz birliyini, tarixi sınaqdan necə alnıaçıq, üzüağ və ləyaqətlə çıxmasını nümayiş etdirir. Ona görə də bu qələbə bütün xalqın qələbəsidir. Hər kəs bu qələbəyə sevinir, o cümlədən də biz zəngilanlılar”.

Qeyd edək ki, Qulu Məhərrəmli 1954-cü ildə Zəngilan rayonunda anadan olub.

Akqabay Mıradov

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR