Nida Xəbər
Perunun tanınmış dövlət xadimi Azərbaycana dəstək oldu
Peru Konqresinin ötən çağırış Xarici Əlaqələr Daimi Komissiyasının sədri və Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvü, ölkənin nüfuzlu siyasətçilərdən olan Xuan Karlos del Agila Azərbaycanın Perudakı səfiri Məmməd Talıbova məktub ünvanlayaraq Ermənistan-Azərbaycan münaqişəsində ölkəmizə dəstəyini ifadə edib.
Publika.az xəbər verir ki, məktubda Azərbaycanla həmrəy olduğunu qeyd edən X.K.Agila, Peru ictimaiyyətinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki yaşayış məntəqələrinə, xüsusilə Gəncə şəhərinin dinc əhalisi və mülki infrastrukturuna qarşı apardığı məqsədyönlü və sistematik hücumları dərin narahatlıqla müşahidə etdiyini söyləyib və dinc sakinlərin həlak olmasından təəssüfləndiyini bildirib.
X.K.Agila 10 oktyabr tarixində Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında Moskvada əldə olunmuş humanitar atəşkəs razılığına rəğmən, Ermənistan ordusunun Azərbaycanla onun ərazisi daxilində hərbi qarşıdurmanı davam etdirdiyini qınayıb və Ermənistan tərəfinin beynəlxalq humanitar hüququn norma və prinsiplərini, eləcədə 1949-cu il Cenevrə Konvensiyasını açıq şəkildə pozduğunu qeyd edib.
Sonda X.K.Agila dünya ictimaiyyətini regionda sülh və sabitliyin beynəlxalq hüquq və ədalət prinsipləri çərçivəsində bərpası üçün tədbirlər görməyə çağırdığını bildirib.
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO