Ermənistanın hərbi hissə komandiri və daha 3 zabiti məhv edildi
Bizi izləyin

Nida Xəbər

Ermənistanın hərbi hissə komandiri və daha 3 zabiti məhv edildi

Azərbaycan Ordusunun torpaqların işğaldan azad edilməsi istiqamətində apardığı əks-hücum əməliyyatı nəticəsində Ermənistan silahlı qüvvələrinin yüksək rütbəli və vəzifəli zabitləri məhv edilib.

“Novosti Armeniya” xəbər verir ki, məlumatı Ermənistanın müdafiə nazirliyi yayıb.

Açıqlamaya əsasən, məhv edilən zabitlər bunlardır: hərbi hissə komandiri, polkovnik Vyaçeslav Valeri Voskovski, hərbi hissə komandirinin müavini, polkovnik-leytenant Vaaqan Aramoviç Tumasyan, kapitan Zoqrab Qraçikoviç Koçaryan, baş leytenant Çolak Samveloviç Xaçatryan.(Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm