• USD 1,7000 0,00% EUR 2,0271 -0,00%
    • GBP 2,2728 -0,14% RUB 0,0225 0,00%

Əli Əhmədov: "Ermənistan mülki şəxslərin öldürülməsinin ağır nəticələrini görəcək"

Əli Əhmədov: "Ermənistan mülki şəxslərin öldürülməsinin ağır nəticələrini görəcək"

"Ermənistan hakimiyyətinin hərbi və siyasi rəhbərliyi Gəncə və ölkəmizin digər bölgələrində mülki vətəndaşlarımızın xain cəsinə öldürülməsinin ağır nəticələrini görəcəklər."

Publika.az-ın Gəncə bürosu xəbər verir ki, bu fikirləri Gəncə şəhərində səfərdə olan və raket zərbəsinə məruz qalan əraziyə baş çəkən baş nazirin müavini Əli Əhmədov bildirib.

"Bu insanlığa sığmayan qətilləri törədənlər Ermənistanın hərbi və siyasi rəhbərliyidir. Onlar ən ağır cəzalarını alacaqlar, necəki alırlar. Azərbaycan höküməti bu hərbi cinayəti törədən Ermənistanın hərbi və siyasi rəhbərliyinin beynalxalq hüquq qarşısında da cavab vermələri üçün əlindən gələni edəcək", - deyə Ə.Əhmədov bildirib.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR